Ampersand nədir?

Ampersand adı ilə tanıdığımız bu simvol ən məşhur liqatura (iki hərfi birləşdirən simvol) hesab edilir. Latın dilində “və” mənasını verən ET hərflərinin birləşmiş formasıdır. Bu günlərdə ampersand hər kəs tərəfindən tanınır. Bu tipoqrafikanın ən unikal və maraqlı simvoludur. Ampersand zamanla fərqli formalara düşməklə sonda hazırkı görüntüsünü alıb.


Ampersand / Font: Adobe Caslon Pro Italic


Qısa tarixi

Bu simvol eramızın birinci əsrində qədim Roma Latın kursivində istifadə edilib. Böyük yaradıcılıq potensialına görə bir çox dizaynerlər tərəfindən geniş şəkildə istifadə edilən və yüksək qiymətləndirilən bu simvol qədim mənşələrə malikdir. Ampersandın ixtirası romalı hüquqşünas və siyasətçi Siseronun katibi Markus Tullius Tiroya aiddir. Tiro stenoqrafiya yazı sistemini eramızdan əvvəl 63-cü ildə icad etmişdir. Ampersand bu gün istifadə olunan bir neçə Tiron qeydlərinə daxildir. Lakin “ampersand” sözü çox sonralar yaranmış və ilk dəfə 1800-cü illərdə lüğətlərə iyirmi yeddinci hərf kimi daxil edilib.


Əlifbanı “X, Y, Z, və” deyərək bitirməkdə çaşqınlığın qarşısını almaq üçün tələbələrə “X, Y, Z və ayrıca and (və)” demələri öyrədilmişdi. Latın sözü olan “per se” “ayrıca” deməkdir. Zaman keçdikcə “per se and” dəyişərək “ampersand” sözünə çevrilmişdi.

Bəs ilk ingilis əlifbasındakı bu simvol nə vaxt əlifbadan çıxarılmışdı? Bu simvolun kökləri Roma dövrünə gedib çıxdığından demək olar ki, Latın əlifbasından istifadə edən bütün dillərdə öz əksini tapır. Onun nə zaman əlifbadan çıxarıldığı bizə məlum olmasa da, 19-cu əsrin sonlarından artıq İngilis əlifbasında bu simvola rast gəlinmir.


Markus Tullius Tiro Mənbə: Wikipedia

Markus Tullius Tiro / Mənbə: Wikipedia


Maraqlı fakt: Ampersand İngilis əlifbasında nitq səsini təmsil etməyən yeganə hərfdir. 


Simvoldan istifadə

Unutmayaq ki, bu simvol hər zaman “və”-ni əvəz etmək üçün istifadə edilə bilməz. Ampersand formal yazıda nadir hallarda istifadə olunur. Simvol çox vaxt şirkət adlarında və ya abbreviaturalarda istifadə olunur. Biz onu düsturda, sitatda, qısaldılmış mətndə, hətta kompüter kodunda da görə bilərik.


Maraqlı fakt:  Kompüter proqramlaşdırma kodlarından əlavə simvolun alt-üst variantı olan tərs ampersand adlı riyazi simvol mövcuddur: ⅋.


Ampersand söz kimi oxunur və yuxarıdada qeyd etdiyim kimi qeyri-rəsmi yazıda, məhsul və ya biznes adlarında, daha çox diqqət çəkən başlıqlar, alt başlıqlar, şirkət, biznes və pərakəndə satış adlarında, loqolar və birlikdə işlənən iki əlaqəli sözü birləşdirmək üçün istifadə edilə bilər.

Simvolun tarixi və məqsədli istifadəsi haqqında məlumatlar olduqca maraqlıdır, belə ki, Romalılar öz imperiyalarını bütün dünyada genişləndirdikcə, bir çox dillər bu liqaturanı öz əlifbalarına daxil etdilər. Ancaq bu dillər inkişaf etdikcə, orijinal liqatura ilə indi təmsil etdiyi söz arasındakı əlaqə başa düşülməyəcək dərəcədə azalmağa başladı. Nəticədə, orijinal formasını daha az təmsil edən və həddindən artıq stilizə edilmiş versiyaların artmasına səbəb oldu.


Maraqlı fakt: "isə" simvola İngilis dilində “c” hərfini əlavə edərək, “və sair” mənasını verən “et cetera” (etc.) sözünündə də istifadə edilir. Bu “et+c” -nin birləşməsindən əmələ gəlir. &c.


Ampersand üslubları

Bəs dizaynlarda ampersand necə istifdə olunur? Dizaynlarda ampersandı bir neçə formada istifadə etmək mümkündür. Bu simvolun çoxlu sayda üslubları mövcuddur. Roman üslubu daha rəsmi, İtalik üslubu isə daha yumşaq görüntüyə sahibdir. Dizaynda ampersandın yazıyla eyni ölçü, rəng və hətta eyni şriftdə olma məcburiyyəti yoxdur. Simvolu fərqləndirməklə dizayna daha maraqlı görüntü vermək olar.


Ampersandın fərqli nümunələri


Ampersandın bir neçə fərqli üslubu var. Əsas variasiya Carolingian/Roman üslubu ilə İtalik üslubu arasındadır. Müasir dövrün bəzi ənənəvi üslub şriftlərin-də ampersand orijinal ET liqaturasını daha aydın şəkildə əks edir. Caslon şrifti bunun əla nümunəsidir.


Font: Caslon №337 Italic


Hazırda Ampersand simvolu bütün yeni şriftlərin dizaynına daxildir və mövcud olan hər bir Latın qrafikasının bir hissəsini təşkil edir. Xüsusilə İtalik şriftlərdə ampersanda saysız-hesabsız versiyaları mövcuddur. Bu illər ərzində ampersandın görüntüsünə dəyişiklik edilsə də, “e” və “t” formaları orijinallığını qoruyur. Bunları Rotis Sans, Trebuchet və Bebas Neue kimi şriftlər arasında daha aydın görmək olar.


Rotis Sans Font (solda), Trebuchet Font (ortada), Bebas Neue Font (sağda).





Teqlər